YAP Qusar rayon təşkilatında IX hesabat-seçki konfransına hazırlıq işləri ilə əlaqədar şura iclası keçirilib.
Şura iclasında YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək YAP-ın yaranma tarixindən, bütün seçkilərdə partiyanın qazandığı qələbələrdən danışıb, Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədiliyini təmin etdiyini bildirib. Qeyd edib ki, YAP Qusar rayon təşkilatı da fəaliyyətə başladığı gündən Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə əsaslanır, təşkilatın qeydiyyatında duran hər bir partiya üzvü Qusar rayonunda aparılan quruculuq işlərində yaxından iştirak edir.
Daha sonra D.İbramxəlilov ərazi ilk partiya təşkilatlarında hesabat-seçki iclaslarının keçirilməsi və rayon partiya təşkilatının növbəti IX konfransına nümayəndələrin seçilməsi barədə məlumat verib.
Qeyd edək ki, iclasda şura üzvləri ilə yanaşı, rayon ərazi ilk partiya təşkilatlarında iclasların keçirilməsinə məsul şəxslər də iştirak ediblər.
Nəzakət ƏLƏDDİNQIZI