Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işlərinə artıq start verilib. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllə ünvanlı (138 saylı uşaq bağçası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaq ölkəmizdə, eləcə də Binəqədi rayonunda Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan bəhs edən videoçarxın nümayişi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Sehranə Qasımova hesabat məruzəsi ilə çıxış edərək, ilk partiya təşkilatının fəaliyyəti barədə geniş məlumat verib: "Hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət baxımından, xüsusilə, gənclərin hesabına genişlənib. Təşkilatda hazırda qeydiyyatda olan 31 nəfər partiya üzvünün əksəriyyəti gənclərdir və təşkilat üzvləri partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edirlər.
Yığıncaqda çıxış edən partiya üzvləri - Cəmilə Əliyeva, Gülnar Hüseynova, Şükufə Kərimova və Zəhra Behbudova hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, 7 nəfərdən ibarət idarə heyəti, Sehranə Qasımova sədr, Gülnar Hüseynova sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 1 nəfər nümayəndə seçilib.
Yekun nitq ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov görüləcək işlərlə bağlı fikirlərini bildirib. Qeyd olunub ki, konfransa hazırlıqla əlaqədar təsdiq olunmuş qrafikə əsasən, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə və konfransa nümayəndələrin seçilməsinə başlanılıb.
Sonra partiya sıralarına yeni üzv qəbul edilən gəncə üzvlük vəsiqəsi təqdim edilib.
Yığıncaq bədii hiss ilə başa çatıb.
ZÜMRÜD