YAP Masallı rayon təşkilatı və rayonun Gənclər və İdman İdarəsi 20 Yanvar hadisələrinə həsr olunmuş "Kyokuşinkai karate" idman növü üzrə birincilik keçirilib
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Kyokuşinkai karate" idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında rayon birinciliyi keçirilib.
İdman birinciliyindən öncə, idmançılar və azarkeşlər 20 Yanvar şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, 20 yanvar hadisələrinin mahiyyəti etibarilə qəhrəmanlıq səlnaməsidir və istər 20 Yanvar, istərsə də torpaqlarımız uğrunda şəhid olan hər bir vətən övladı xalqımızın qəlbində əbədi olaraq yaşadılır, bundan sonra da yaşadılacaq.
S.Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, eləcə də idman sahəsində aparılan uğurlu islahatlar barədə yarış iştitakçılarını məlumatlandırıb.
Birincilik yarışı bir-birindən maraqlı epizodları ilə yadda qalıb. Turnirin yekununda qaliblərə YAP Masallı rayon təşkilatı tərəfindən diplomlar, medallar və qiymətli hədiyyələr verilib.
Rəfiqə HÜSEYNOVA