PDF Oxu

Sosial

  • 1 006

20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

YAP Xaçmaz rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzi ilə birgə 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirib.

Tədbirdən öncə iştirakçılar 20 Yanvar hadisələrində canlarını müstəqillik uğrunda vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova açaraq, 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verib və bu gün həmin tarixin Azərbycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, Xaçmaz Regional Mədəniyyət və Turzim İdarəsinin məsləhətçisi Xalidə Əsgərova, rayon mədəniyyət işçiləri həmkarlar təşkilatının sədri Qərib Umudov, gənclərdən Məmməd İsrafilov, mərkəzin məsul işçisi Nərmin Arzumanova çıxış edərək, 20 Yanvar faciəsinin baş vermə səbəbləri və nəticələri barədə məlumat veriblər. Sonda Xaçmaz şəhər 6 saylı məktəbin şagirdlərinin 20 Yanvar gününə həsr olunmuş ədəbi - bədii kompazisiyası nümayiş olunub.

Tədbirdə Xaçmaz şəhər uşaq İncəsənət məktəbi tərəfindən 20 Yanvara həsr olunmuş rəsm sərgisinə də baxış keçirilib.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər