PDF Oxu

Sosial

  • 924

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında hesabat-seçki yığıncaqları davam etməkdədir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında hesabat-seçki yığıncaqları davam etməkdədir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etməkdədir.Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Ekologiya İdarəsi ərazi ilk partiya təşkilatında keçirilib.

Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri İnqilab Kazımov təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib: "Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malikdir və müstəqil Azərbaycanın əbədiliyini təmin etdib. Bu gün partiyanın sıralarının genişləndiyini diqqətə çatdıran ilk partiya təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edir. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər."

Yığıncaqda ərazi ilk partiya təşkilatı sədrinin hesabat məruzəsi dinləndikdən sonra, təşkilatın fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ərazi ilk partiya təşkilatına İnqilab Kazımov, müavin Oqtay Abdullayev və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər