YAP Daşkəsən rayon təşkilatının Əmirvar ərazi, Əmirvar kənd və Gurbulaq ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Gündəlikdə duran məsələlər barədə çıxış edən ərazi ilk partiya təşkilatlarının sədrləri bildiriblər ki, keçən hesabat-seçki yığıncağından hazırkı dövrədək olan müddətdə ərazi ilk partiya təşkilatları öz işlərini partiyanın Nizamnamə və Proqramına uyğun şəkildə quraraq, verilmiş bütün tapşırıqlar və keçirilməsi nəzərdə tutulan tədbirləri uğurla icra ediblər. Qeyd olunub ki, ölkəmizin hər yerində, eləcə də, Daşkəsəndə Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir.
Rüfət Bədəlov yenidən Əmirvar ərazi ilk partiya təşkilatının, Ramil Hüseynov Əmirvar kənd, Yusif Haqverdiyev isə Gurbulaq ərazi ilk partiya təşkilatının sədri seçilib. Hesabat-seçki yığıncaqlarında yeni idarə heyətinin üzvləri və YAP Daşkəsən rayon təşkilatının IX konfransına nümayəndələr seçilib. Yığıncaqlarda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, hesabat dövrü ərzində partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənib: "Bu sahədə gənclər, xüsusilə üstünlük təşkil edirlər. Təşkilatda olan partiya üzvünün əksəriyyəti gənclərdir və onlar partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edirlər.
Meydanəli Yolçuyev çıxışlarında onu da qeyd edib ki, təşkilatın gündəlik fəaliyyətinin əsasını həm partiyanın, həm də rayon icra hakimiyyətinin xətti ilə keçirilən tədbirlər təşkil edir. Ötən il ərzində də müxtəlif tarixi günlər, əlamətdar bayramlar rayonumuzda yüksək səviyyədə qeyd olunub. Tədbirlərin yüksək səviyyədə təşkili üçün partiya üzvləri fəallıq göstərir, Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğini isə özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Əmirvar ərazi, Əmirvar kənd və Gurbulaq ərazi ilk partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında bir qrup şəxsə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.
RƏFİQƏ KAMALQIZI