PDF Oxu

Sosial

  • 789

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı A.Kunanbayev - 95 ünvanlı (126 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Güləbətin Əhmədova dövr ərzində görülən işlərin hesabatını diqqətə çatdırb. Partiyanın yaranma tarixinə nəzər salan G.Əhmədova ötən əsrin 90-cı illərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi şəraitdən, bu illər ərzində daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyətinin qorxulu həddə çatmasından və belə bir şəraitdə 1992-ci ildə xalqın istəyi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yarandığını bildirib. Bu gün isə bu siyasət Ümummilli Lider Heydər Əliyev irsinin davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İclasda çıxış edən 126 saylı tam orta məktəbin direktoru Şəmsi Qoca bildirib ki, müəllim kimi öz vəzifə borclarından əlavə, partiya üzvü olaraq da öhdələrinə düşən vəzifələri layiqincə həyata keçirib və bundan sonra da həyata keçirməkdə davam edəcəklər: "Partiyanın həyatında baş verən siyasi hadisələrdə yaxından iştirak etmək hər bir partiya üzvünün borcudur. Biz hər zaman Prezidentin siyasətini dəstəkləməkdə davam edəcəyik".

Yığıncaqda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başlayıb. İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib. 7 nəfərdən ibarət idarə heyəti, Güləbətin Əhmədova sədr, İzafə Quliyeva müavin və YAP Binəqədi rayon təşkilatının IX konfransına 2 nəfər nümayəndə seçilib.

Yığıncaqda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında öncə müəllimlik peşəsinin müqəddəsliyindən, müəllimlərin vəzifə borclarından danışaraq, qeyd edib ki, müəllimlər Azərbaycanın sabahı üçün layiqli vətəndaş yetişdirməli, onları vətənpərvər ruhda tərbiyə etməlidirlər: "Ümummilli Lider Heydər Əliyev qeyd edib ki, "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır". Bu əbədiliyi təmin etmək üçün bu gün Azərbaycanın gələcəyi olan şagirdləri düzgün tərbiyə edib yetişdirmək lazımdır."

ZÜMRÜD

Digər xəbərlər