PDF Oxu

Sosial

  • 1 095

DQİDK "20 Yanvar-Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirib

DQİDK "20 Yanvar-Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirib

Mübariz Qurbanlı: "20 Yanvar faciəsinin törədilməsinə hüquqi qiymət verilib"

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Monolit Plaza" otelinin konfrans zalında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş "20 Yanvar-Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Kamal Abdulla qeyd edib ki, 20 yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələri şəhid olub: "Bu, ümumilikdə, Azərbaycan xalqının mübarizəsini əks etdirib. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, xalqımıza qarşı qətliam törədildiyini bəyan edib. Bu, bir cəsarət nümunəsi idi. İlk dəfə SSRİ-yə qarşı etiraz SSRİ-nin mərkəzində eşidildi".

DQİDK sədri Mübariz Qurbanlı isə çıxışında bildirib ki, bu tarix Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunub: "20 Yanvar faciəsinin törədilməsinə hüquqi qiymət verilib". Hadisələrin əsas günahkarı Mixail Qorbaçov və SSRİ rəhbərliyi idi. Azərbaycanın o dövrdəki rəhbərliyinin də bununla bağlı müəyyən günahı vardı. Bir məqamı da qeyd edim. 20 Yanvara yalnız faciə kimi yanaşılırdı. Ümummilli Lider Heydər Əliyev bəyan etdi ki, bu, həm də Azərbaycan xalqının bir qəhrəmanlıq salnaməsidir. Ulu Öndər Heydər Əliyevin bu çıxışından sonra 20 Yanvar hadisəsinə baxış da dəyişdi".

Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib.

Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete şəhidlərə rəhmət diləyib və qeyd edib ki, 1990-cı il Azərbaycan tarixinə şəhidlərin qanı ilə qırmızı rənglə yazılıb.

Rus-Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Ata isə qeyd edib ki, Azərbaycan xalqı öz tarixini, mədəniyyətini, milli kimliyini dərk edərək müstəqillik uğrunda mübarizə aparıb. O, şəhidlərə Allahdan rəhmət diləyib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxış edərək vurğulayıb ki, əslində, şəhidlər paltarları ilə dəfn edilməli idi: "Ancaq o dövrdə insanlarımız bunu fərqli başa düşürdü. Həmin vaxt Azərbaycan dövləti başsız idi, bir neçə ağsaqqal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başına yığılmışdı. Şeyxülislam Allahşükür Paşazadə və ağsaqqallar da bunu nəzərə aldı".

Konfransın sonunda Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçimş 20 Yanvar şəhidlərinin əziz xatirəsinə dualar oxundu, rəhmətlər diləndi.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər