PDF Oxu

Sosial

  • 1 205

Əlcək və "reket" jurnalistlər

Əlcək və "reket" jurnalistlər

Köşə

2008-ci ilin dekabr ayı idi... Düşmənlə üzbəüz dayanmışdıq, yanlışlığa yol verib əllərimizi qızdırmaq üçün əlcəklərimizi çıxarıb yandırdıq. Ocağın işığını görən ermənilər 265 metrlik məsafədən atəş açmışdılar, əsgər yoldaşımız düşmən gülləsinə tuş gəlmişdi. O zaman bizi ermənilərlə cəmi 30 metrlik neytral zona ayırırdı. İri çaplı silahlarla onların postlarını ("dod"larını) dağıtdıq, pərən-pərən düşdü alçaqlar. Ancaq hər şey bununla bitmədi, gecəyarısı əsgər yoldaşım mənə yaxınlaşdı, posta çıxacağını dedi və əllərinin üşüdüyünü, ona əlcək tapıb verməyimi xahiş etdi. Verdim! Üstündən 30 dəqiqə keçəndən sonra (cəmi 8 saatlıq sükutdan sonra) atəş səsləri eşidildi, səngərə töküldük. Cılız, çəlimsiz cəbhə yoldaşımız 6 erməninin anasını ağlatmışdı. Kişi kimi şəhid oldu! O əlcəklər indi də məndədir. Barıt qoxusu çəkilməmiş, kirdən rəngini dəyişmiş qara rəngli (əslində, boz rəngli) əlcəklərim. Kəsəsi, əlcəklə bağlı daha dəhşətli xeyli xatirələrim var. Ondan sonra bir daha əlcək geyinmədim, əllərim çat vermişdi, iki dırnağım düşmüşdü. Bu gün də mülki həyatda əlcəkdən qaçıram. Mən əlcəyi qoxlayıb, qucaqlayıb ağlamağı sevirəm. Sözümü nəyə gətirirəm, ondan danışım. Bəlkə də dəxli yoxdur, amma yenə də yuxarıda yazdıqlarımı xatırlamaq istədim. Çünki əlcək görsəm, ya da bu sözü eşitsəm, dərhal o günləri xatırlamalı oluram.

Yeni xəbərdir... Deməli, bizim "reket" "jurnalist"lərimiz yeni metod tapıblar. Cinayətkar, insanları yolunu azmış qadınlarla şantaj edən Surxay Əliyev və Habil Vəliyevin sağ əli vardı- "Kriminal-107" qəzetinin baş redaktoru Maarif Abasov! Sən demə, bu adam həm də əlcək biznesinə girişibmiş, tikinti sahələrinə əlcək satırmış. Çirkli əllərini əlcəklərlə "təmiz"ləməyə çalışan bu "jurnalist" bir müddət öncə Cərrahiyyə-Təkmilləşdirmə İnstitutunun Sabunçu rayon filialının həkimi Orxan Abasovu ailəsi ilə şantaj edərək, külli miqdarda pul tələb etmişdi. Heç kimə qəribə gəlməsin, mən dəqiq bilirəm ki, Surxayın, Habilin, Maarifin hərəkətləri nəticəsində bir neçə şəxs şantaja dözə bilməyərək intihar edib. Bu adamların hədə-qorxuları, şantajları nəticəsində bir məmurun 15 yaşlı qızı özünü asıb öldürmüşdü. Bu əclaflara görə ailələr dağılıb. Bu şərəfsizlər rayonlardan qızları gətirib əxlaqsızlığa sövq edirdilər, onları "massaj salonları"na satırdılar. Bu satqınlar fahişəxanalardan qazandıqları pullarla qardaşlarının, qohumlarının adına obyektlər açmışdılar. Hər həftə xarixdən 80-100 min ədəd əlcək gətirən bu alçaqlar bir müddət sonra iş gördükləri tikinti sahiblərini də şantaj edirlərmiş. Oturub yedizdirib-içizdirib bir "qadın"ı "jurnalist" adı altında qucaqlarına verib videosunu çəkirlərmiş. Bu "vətənsiz" "reket"lərin hələ bir sürüsü azadlıqdadır, aylıq "tas"larını yığmaqla məşğuldurlar. Bir nəfəri tapıb öncə Surxay 100 min alırdı, daha sonra həmin şəxsin mobil nömrəsini, onun haqqında olan "materialı" Habilə ötürürdü, o da 100 min qoparırdı, sonra növbə başqalarına çatırdı, onlar da həmin adamı ət kimi parçalayırdılar və beləcə ailələrinə "çörək pulu" aparırdılar.

Bu da yeni xəbərdir. Hazırda içəridə yox, çöldə olan "reket"lər "siyasi mühacir" alverindən yaxşı pul tuturlar. Planı da mərhələli şəkildə reallaşdırırlar. Deməli, ilk olaraq xaricə getmək istəyən bir nəfərin adından yazı yazıb məmuru şantaj edirlər, məmur da materialın şantaj xatakterli, cəfəngiyyat olduğunu sübut etmək üçün məhkəməyə üz tutub təkzib verməsini tələb edəndə, bunlar hay-həşir salırlar ki, guya hüquq-mühafizə orqanları təzyiq göstərir. Dərhal "lazımı" sənədləri toplayıb həmin şəxsin məsələsini 15 min manat müqabilində həll edirlər. Bunlar heç adam da deyillər, bu dövlətin və millətin düşmənləridirlər.

Samir

Digər xəbərlər