PDF Oxu

Sosial

  • 1 024

Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsidir

Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsidir

Cümşüd Nuriyev: "Sergey Lavrov erməni kökəni olduğuna görə, Sarkisyan onu dəstəkləyib "

Məlum olduğu kimi, işğalçı ölkə olan Ermənistanın prezidenti Serj Sarisyan keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin nə Ermənistanın, nə də Azərbaycanın işi olmadığını bəyan edib. Təbii ki, ağlı çaşmış durumda olan Sarkisyan bununla növbəti təxribatlara yol verdiyi şübhəsizdir. Bu, bir növ Sergey Lavrovun məlum açıqlamasından sonra bir-birinin tamamlamağa hesablanan təxribatçı bəyanat hesab olunur. Politoloq Cümşüd Nuriyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, bu təxribatçı bəyanat Serj Sarkisyanın Ermənistanda hökm sürən xaos və anarxiya fonunda özünü müdafiə etmək üçün səsləndirdiyi bəyanatdan başqa bir şey deyil: "Təbii ki, Sergey Lavrov da erməni kökəni olduğuna görə, Sarkisyan onu dəstəkləməlidir. Nə Lavrovun ixtiyarı var ki, bu məsələyə qarışsın, desin ki, Azərbaycanın daxili işi deyil, nə də Sarkisyan deyə bilər ki, nə Ermənistan, nə də Azərbaycan münaqişəni həll edə bilməz. O, çalışır ki, özünün gücsüzlüyünü həmin müstəvidə göstərməmək üçün desin ki, bu, bizdən asılı məsələ deyil. Guya bu, Moskvanın həll edə biləcəyi məsələdir. Amma bütün hallarda Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsidir".

Politoloqun sözlərinə görə, Ermənistan işğalçılıq siyasəti aparamaqla Azərbaycanın ərazi bütövlüyünə qəsd edib: "Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə və beynəlxalq hüquqi-normativ sənədlərə uyğun olaraq, Dağlıq Qarabağı terrorçulardan təmizləmək üçün antiterror əməliyyatları apara bilər. Bu halda, heç bir dövlət Azərbaycan qanuni haqqına qarşı çıxa bilməz".

"Beynəlxalq birliyin işğalçı Ermənistanın təxribatlarını, işğalçılıq siyasətini hələ də davam etdirilməsinə seyrci qalması münaqişənin həllinə ikili yanaşmanın bariz nümunəsi sayıla bilərmi" sualını cavablandıran politoloq bildirdi ki, bu günə qədər Ermənistanın işğalçılıq siyasətinə dünyanın aparıcı dövlətləri və beynəlxalq birlik göz yumub: "Bu da beynəlxalq təşkilatların ikili yanaşmalarından xəbər verir. Eyni zamanda, burada xristian həmrəyliyi deyilən bir şey var. İşğalçı dövlətlə, ərazisi işğal olunan dövlət islam dövləti olduğuna görə, eyni müstəviyə qoyulmağın özü hüquqa tüpürməkdir. Onların nə demələrindən asılı olmayaraq, bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Ümumiyyətlə, gec-tez işğalçı ölkə olan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur olacaq. Çünki bu gün işğal altında olan torpaqlar Azərbaycan dövlətinə aiddir. Yəni gec-tez haqq, ədalət öz yerini tutacaqdır".

GÜLYANƏ

Digər xəbərlər