PDF Oxu

Sosial

  • 850

Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olundu

Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olundu

İspaniyanın Madrid şəhərində keçirilən FİTUR Beynəlxalq Turizm Sərgisi çərçivəsində Ermənistanın ölkəmizə qarşı növbəti təxribatına layiqli cavab verilib

Məlum olduğu kimi, 2017-ci ilin 18-22 yanvar tarixində İspaniyanın Madrid şəhərində FİTUR Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgi çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bu təcavüzün hələ də davam etdiyini sübut edərək, yenidən təxribata əl atmışdır. Belə ki, Ermənistana aid olan təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirmişdir. Bununla bağlı həmin günlərdə BMT-nin Ümumdünya Turizm Təşkilatının və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin "İnkişaf üçün Davalı Turizm Beynəlxalq İli"nin açılış mərasimində iştirak etmək üçün Madrid şəhərində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti və həmçinin, Azərbaycan Respublikasının İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılmışdır.

Nazir Əbülfəs Qarayev məsələ ilə bağlı BMTT-in baş katibi Taleb Rifai ilə müzakirə aparmış və Ermənistan tərəfinin bu beynəlxalq hüquqa zidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlarına hörmətsizliyini diqqətə çatdırmışdır. Baş katib Taleb Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aiddiyyəti tərəflərlə danışıqlar aparacağını bildirmişdir.

Bununla bağlı Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək, ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatların qarşısının alınmasının zəruri olduğunu bildirmişdir. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd etmiş, buna baxmayaraq, sərgi təşkilatçılarını məsələnin həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildirmişlər. Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilmiş və işğalçı Ermənistanın təcavüzkar fəaliyyətlərinə dair lövhə və bannerlər nümayiş etdirilmiş, "Qarabağ Azərbaycanındır", "işğala son", "Ermənistan işğalçıdır" şüarları səsləndirilmiş, sərgi iştırakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilmişdir.

Ermənistan tərəfinin belə beynəlxalq tədbirlərdə həyata keçirdikləri təxribatlar nəinki onların xeyrinə nəticələnir, əksinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə edilmiş beynəlxalq nüfuz sayəsində belə təxribatların qarşısı layiqli şəkildə alınır və bu təxribatların təşkil olunduğu məkanlar düşmənin təcavüzkar siyasətini və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından bizim üçün əlavə beynəlxalq platformaya çevrilir.

NƏZAKƏT

Digər xəbərlər