Dünən YAP Xızı rayon təşkilatı Giləzi qəsəbə ilk partiya təşkilatında hesabat - seçki yığıncagı keçirildi. Giləzi qəsəbə ilk partiya təşkilatının sədri S.Rüstəmova hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövründə görülən işlərdən danışdı.
Məruzə ətrafında çıxış edən partiya üzvləri Y.Zülfiyev, Z.Zeynalov və Q.Zəkiyev keçən müddət ərzində görülən işlərdən geniş bəhs etdilər.
Sonra 5 nəfərdən ibarət idarə heyətinin tərkibi müəyyənləşdirildi. Rüstəmova Svetlana Mövlam qızı yenidən Giləzi qəsəbə ilk partiya təşkilatının sədri seçildi. Cabbarova Xəyalə Ramiz qızı isə ilk partiya təşkilatının sədr müavini seçildi.
YAP Xızı rayon təşkilatının VIII konfransına 16 nəfər nümayəndə seçildi. Hesabat-seçki yığıncağında iştirak edən YAP Xızı rayon təşkilatının sədri F.Haqverdiyev çıxış etdi.
RƏFİQƏ