PDF Oxu

Sosial

  • 1 080

YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Zərdab rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Dünən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının hesabat-seçki yığıncaqları, təsdiq olunmuş qrafikə əsasən, İsaqbağı kənd ərazi ilk partiya təşkilatında uğurla davam etdirilib.

İsaqbağı kənd ərazi ilk partiya təşkilatının sədri Ramiz Rəhimov məruzə ilə çıxış edərək, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti barədə məlumat verib. Daha sonra gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb. Ərazi ilk partiya təşkilatının fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub, Yeni tərkib və YAP rayon təşkilatının konfransına nümayəndələr seçilib.

Sonra YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov çıxış edərək, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin apardığı siyasətin nəticəsi bütün dünyanın gözü qarşısındadır: "Azərbaycanda həyat səviyyəsi gündən-günə yüksəlir, bütün sahələrdə önəmli irəliləyişlər əldə olunur". S.Kərimov sonda ərazi ilk partiya təşkilatının yeni seçilən tərkibinə tövsiyələrini vermiş, onlara partiya fəaliyyətlərində uğurlar arzulamışdır.

NƏZAKƏT

Digər xəbərlər