Şamaxıda hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Növbəti hesabat-seçki yığıncağının iştirakçıları Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının 9 saylı ərazi ilk partiya təşkilatında olublar.
Hesabat-seçki yığıncağında çıxış edən YAP Şamaxı rayon 9 saylı ilk partiya təşkilatının sədri Şahsətdin Mikayılov gündəlikdə duran 4 məsələ ilə bağlı yığıncaq iştirakçılarını tanış edib. Bu məsələlər hesabatın məruzəsinin dinlənilməsi, ilk partiya təşkilatının gələcək fəaliyyəti ilə bağlı qərarın qəbul edilməsi, yeni tərkibin seçilməsi və rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsindən ibarət olub.
Yığıncaqda YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abasov çıxış edərək, bildirib ki, Yeni Azərbaycan Partiyası çox çətin bir şəraitdə yaradılıb: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Bu səbəbdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə ziyalılar Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi".
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Şahsətdin Mikaylovu ilk təşkilata sədr seçilməsini təklif edib və təklif yekdilliklə qəbul olunub.
Sonda 9 saylı ərazi ilk təşkilatından 50 nəfər partiya fəalı YAP Şamaxı rayon təşkilatının VIII konfransına nümayəndə seçiblər.
Rəfiqə KAMALQIZI