PDF Oxu

Sosial

  • 1 279

YAP İsmayıllı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncağı keçirilib

YAP İsmayıllı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı YAP İsmayıllı rayonu 11 saylı Ərazi- Ekologiya və Təbii Sərvətlər şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıncağında YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev və ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Namil Cəbiyev açaraq, qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsində ölkəmizdə müstəqil dövlət quruculuğu sahəsində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaradılmışdır:"Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarmışdır. Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər".

Daha sonra natiq yığıncağın gündəliyini diqqətə çatdıraraq, ərazi ilk partiya təşkilatının sədrinin hesabat məruzəsinin, təşkilati məsələlərin müzakirə ediləcəyini bildirib. Hesabat məruzəsi ilə çıxış edən N. Cəbiyev qeyd edib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət baxımından, xüsusilə, gənclərin hesabına güclənmişdir. Təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilmiş, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə davam etdiriləcəkdir.

Yığıncaqda çıxış edən partiya üzvləri - Aydın Babayev, Sahib Həşimov, Nəriman Cırıyev hesabat məruzəsinin qənaətbəxş hesab ediblər. Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, yenidən Namil Cəbiyev ərazi ilk partiya təşkilatının sədri, Ziya Cəbrayılov sədr müavini və YAP İsmayıllı rayon təşkilatının IX konfransına isə 3 nəfər nümayəndə seçilib.

Yığıncaqda çıxış edən YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev görüləcək, işlərlə bağlı fikirlərini bildirib. Natiq qeyd edib ki, konfransa hazırlıqla əlaqədar təsdiq olunmuş qrafikə əsasən, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə və konfransa nümayəndələrin seçilməsinə başlanılıb. Anar Nəbiyev, həmçinin, ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edərək, yeni seçilən tərkibə uğurlar arzulayıb.

ZÜMRÜD

Digər xəbərlər