Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunub.
Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğində dahi dramturq və filosof-şair Hüseyn Cavid yaradıcılığının mühüm rolu vardır. Bu baxımdan, AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində qurumun direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə "İslam dini böyük dramaturq Hüseyn Cavidin ədəbi-bədii və fəlsəfi irsində" mövzusunda aparılacaq elmi-tədqiqat işi böyük əhəmiyyət kəsb edir.
Elmi-tədqiqat işinin nəticəsi olaraq, müxtəlif yerli və beynəlxalq konfranslarda çıxışlar, ölkəmizin nüfuzlu elmi jurnallarında məqalələrin çapı nəzərdə tutulur. Eləcə də, muzeydə, məktəblərdə və ali təhsil ocaqlarında keçiriləcək müxtəlif tədbirlər çərçivəsində şagird və tələbələr arasında Cavid əfəndinin islam dini ilə bağlı görüşləri ətraflı təbliğ olunacaqdır.
ZÜMRÜD