PDF Oxu

Sosial

  • 988

Azərbaycan nümayəndə heyəti İranda səfərdədir

Azərbaycan nümayəndə heyəti İranda səfərdədir

Naxçıvan şəhərinin 2018-ci il üçün "İslam mədəniyyətinin paytaxtı" elan olunmasına dair qərar qəbul edilib

İran İslam Respublikasında Məşhəd şəhərinin 2017-ci ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsinin açılış mərasimi baş tutub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "SƏS"ə daxil olan məlumata görə, dünyanın 51 ölkəsindən 250-dən çox ictimai-siyasi xadimin, eləcə də İİR-ın ölkə və vilayət rəsmilərinin iştirak etdikləri mərasim Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının Qüds zalında keçirilib.

Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin rəisi Vüqar Babayev təmsil edirlər.

"İslam mədəniyyəti paytaxtları" proqramını təsdiq edən qətnamə ISESCO-nun təklifi ilə 2001-ci ildə Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilib. Bu sənədə əsasən, "İslam mədəniyyətinin paytaxtı" İslam Konfransı Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk "İslam mədəniyyətinin paytaxtı" elan olunub. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" seçilib. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün "İslam mədəniyyətinin paytaxtı" elan olunmasına dair qərar qəbul edilib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər