YAP Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam etdirilir. Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanlı (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
İclasa sədrlik edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov iclasın gündəliyinə diqqət yetirib. O, yığıncaqda ərazi ilk partiya təşkilatının sədrinin hesabat məruzəsinin, təşkilati məsələlərinin və rayon partiya təşkilatının IX konfransına seçiləcək nümayəndənin müzakirə ediləcəyini bildirib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Pərixanım Muradova təşkilat tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. O, həmçinin, partiyaya üzv olmaq üçün təşkilata çoxsaylı müraciətlərin edildiyini və hazırda üzvlərin sayının 47 nəfər olduğunu bildirib; "Təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə davam edəcək".
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının qadınlar şurasının sədri Lalə Hüseynova Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktor müavini Elmira Ələkbərova, təşkilatın gənclər birliyinin sədri Ədalət Baloğlanov hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər. Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, 7 nəfərdən ibarət idarə heyəti, P.Muradova yenidən sədr, Nərgiz Əsədullayeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçilib.
Yığıncaqda yekun nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov konfransa hazırlıqla əlaqədar təsdiq olunmuş qrafikə əsasən, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə və konfransa nümayəndələrin seçilməsinə başlanılıb.
Yığıncaqda partiya sıralarına yeni üzv qəbul edilən 5 nəfərə üzvlük vəsiqəsi təqdim edilib. YAP sıralarına yeni qəbul olunan Ülkər Həmidova çıxış edərək, partiya üzvü olmasından qürur hissi duyduğunu bildirib.
ZÜMRÜD