PDF Oxu

Sosial

  • 954

Ermənistan çətin dilemma qarşısında

Ermənistan çətin dilemma qarşısında

AŞPA Baş katibi: "Qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam"

Ermənistan prezidenti Serj Sarkisyanın apardığı uğursuz daxili və xarici siyasət ölkədə siyasi gərginlik yaratmaqla yanaşı, həm də sosial-iqtisadi vəziyyəti də mümkünsüz hala gətirib. Sarkisyanın son günlərdə atdığı addımlar isə, Ermənistanın xarici siyasətinə daha ciddi zərbələr vurub. Beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini dolayısı ilə etiraf edən Sarkisyan artıq özü də başa düşüb ki, Ermənistanın xarici siyasəti tamamilə iflasa uğrayıb. 2016-cı ilin dekabrın 29-da ermənilərin cəbhə xəttində həyata keçridikləri təxribatlar və atəşkəsin pozulması nəticəsində şəhid olmuş əsgərimizin-Çingiz Qurbanovun nəşinin Azərbaycana qaytarılmaması isə, düşmən ölkənin öz terrorçu, işğalçı xislətini bir daha sübut edir. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının plenar iclasında Avropa Şurasının Baş katibi Tyorbörn Yaqland assambleya üzvləri qarşısında çıxış edərək, bir sıra parlamentarın suallarını cavablandırarkən, bu məsələyə də toxunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində iki azərbaycanlı-Dilgəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaları haqda sualına münasibət bildirən T.Yaqland ermənilərin saxladıqları iki azərbaycanlının Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib: "İki azərbaycanlının ermənilər tərəfindən saxlanılması məsələsinə gəldikdə, mən bu məsələni, səhv etmirəmsə, iki il əvvəl Ermənistan prezidenti ilə görüşümdə qaldırmışdım. Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində, qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik. Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhü bərqərar etmək səlahiyyətində olan təşkilat deyilik".

"Nalbandyan Sarkisyanın yaxın silahdaşıdır və o, erməni siyasətinin toxunulmaz inəyidir"

Sarkisyanın apardığı uğursuz xarici siyasət haqqında hazırda elə erməni mətbuatının özü böyük materiallar tirajlamaqdadır. "Armenianreport" saytında Tevos Arşakyanın imzası ilə yayımlanan məqalədə rəsmi Bakının diplomatiyası Ermənistan hakimiyyətinə nümunə olaraq göstərilir. Müəllif yazır ki, 2017-ci ilin başlanğıcında Ermənistan diplomatiyası iki dağıdıcı məğlubiyyətlə üzləşdi: "Birinci məğlubiyyət Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Çoxları Lavrovun Bakıya qarşı çıxış etdiyini deyir və bunu Yerevanın qələbəsi kimi təqdim edir. Halbuki Lavrov "işğal edilmiş ərazilər qaytarılmalıdır" deməklə, Ermənistanın işğalçı olduğunu elan etdi. Yəni bizim strateji müttəfiqimiz Rusiya bizi işğalçı hesab edir. Bəs Eduard Nalbandyan nə iş görür, hara baxır?! O, heç nə etmir. Bizim xarici işlər nazirliyimiz ağzına su alıb oturub, Lavrovun sözlərinə heç bir reaksiya vermir. Mən Azərbaycanı nümunə göstərmək istəmirəm, amma buna məcburam. Lavrovun "Qarabağ Azərbaycanın daxili işi deyil" sözlərinə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dərhal reaksiya verdi və açıq-aşkar qəzəbini göstərdi. Göründüyü kimi, Bakı Lavrova cavab verəcək, Rusiya qarşısında öz maraqlarını müdafiə edəcək qədər cəsarətə malikdir, Yerevan isə, yox". Erməni müəllif Yerevanın diplomatiyasının ikinci məğlubiyyəti kimi Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya və İsrail vətəndaşlığına malik Aleksandr Lapişinin həbs edilməsi hadisəsini göstərib: "Bakının tələbi ilə o, Belarusda həbs olundu, sonra Azərbaycan Prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapişin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu".

Samir

Digər xəbərlər