PDF Oxu

Sosial

  • 786

YAP Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları davam edir

YAP Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları davam edir

YAP Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarında yanvar ayının 9-dan başlayan hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı Ağcabədi Bələdiyyəsi ərazi ilk partiya təşkilatında keçirilib.

Hesabat-seçki yığıncağında ilk partiya təşkilatının sədri Füzuli Yusifov hesabat məruzəsi ilə çıxış edərək, YAP-ın yaranması, inkişafı, ölkənin ictimai-siyasi həyatında oynadığı rol, eyni zamanda, hesabat dövrü ərzində ilk təşkilatın gördüyü işlər barədə məlumat verib.

Məruzə ətrafında Ağcabədi Bələdiyyəsinin sədri Mürşüd Məmmədov, YAP üzvləri Çərkəz Ağayev və Zülfü Quliyev çıxış edərək, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının hazırda ölkənin aparıcı siyasi partiyası olduğunu, bu gün onun ətrafında 700 minə yaxın siyasi həmfikrin cəmləşdiyini və bu partiyanın ölkənin siyasi həyatında böyük rol oynadığını qeyd ediblər.

Yığıncaqda ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Füzuli Yusifov yenidən ərazi ilk partiya təşkilatının sədri, Çərkəz Ağayev isə təşkilat sədrinin müavini, YAP Ağcabədi rayon təşkilatının IX konfransına isə nümayəndələr seçilib.

Yığıncaqda çıxış edən YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov ötən əsrin 90-cı illərində ölkədə baş verən proseslərə nəzər salıb:"O zaman ölkəni düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün güclü siyasi liderə böyük ehtiyac duyudurdu. Xalqı öz ardınca aparmağa qadir olan siyasi bir partiyanın yaranması zəruri olduğundan, xalq belə bir lideri praqmatik düşüncəyə, dərin zəkaya malik Ulu Öndər Heydər Əliyevin simasında görərək, ölkəyə rəhbərlik etmək üçün Ona çoxsaylı müraciətlər edirdilər.

N.Bünyatov qeyd edib ki, YAP indi ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik böyük siyasi qüvvədir. Yeni Azərbaycan Partiyasının qabaqcıl təşkilatlarından biri də YAP Ağcabədi rayon təşkilatıdır. Bu gün təşkilatın üzvlərinin sayı 13020 nəfərdir ki, onların 5940 (45,6%) nəfərini qadılar, 5073 (39,0%) nəfərini isə gənclər təşkil edir.

N.Bünyatov çıxışının sonunda partiya üzvlərinə siyasi fəaliyyətlərində uğurlar, vəzifə funksiyalarını yerinə yetirməkdə yeni-yeni nailiyyətlər arzulayıb.

ZÜMRÜD

Digər xəbərlər