Dünən YAP Yevlax rayon təşkilatı "GEM" və "Milli Bank" məhəlli ilk partiya təşkilatlarında yığıncaqlar keçirilmişdir. "GEM" məhəlli ilk partiya təşkilatının sədri Tüzalə Şabanova geniş məruzə edərək, təşkilatın işi haqqında hesabat verdi.
Natiq qeyd etdi ki, yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev olan partiyanın yerli ilk partiya təşkilatına rəhbərlik etmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Ötən dövrə nəzər saldıqda görürük ki, Yeni Azərbaycan Partiyasının V Qurultayında əhəmiyyətli əlavələr və bir sıra dəyişikliklərlə qəbul olunmuş partiya proqramının bütün müddəaları və bu müdəalardan irəli gələn vəzifələr bu gün ölkəmizin başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasətdə, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsi, beynəlxalq faydalı əməkdaşlıq və s. sahələrdə özünün parlaq əksini tapmışdır. Ötən bu zaman ərzində qazanılan uğurlar və nailiyyətlər göstərir ki, onların qazanılmasına böyük siyasi uzaqgörənlik və gərgin əmək sərf olunmuşdur.
Yığıncaqda "Milli Bank" məhəlli ilk partiya təşkilatının sədri Ədalət Məmmədov ilk təşkilatın fəaliyyəti haqqında hesabat verdi. Əminliklə bildirdi ki, gələcək işlərimizdə öz fəallığımızı artıraraq, üzvü olduğumuz möhtəşəm Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalacaq, bunun üçün bütün imkanlardan səmərəli istifadə edəcəyik. Hər iki ilk təşkilatın yığıncağında yeni tərkiblər seçilərək, YAP Yevlax rayon təşkilatının 9-cu konfransına nümayəndələr seçildi.
Sonda YAP Yevlax rayon təşkilatının məshul şəxsi Vidadi Qarayev çıxış edərək, görülən işləri qənaətbəxş hesab edərək ərazi ilk partiya təşkilatlarına işlərində uğurlar arzuladı.
RƏFİQƏ