Dünən Biləsuvar rayonunun Bağbanlar kəndində YAP Biləsuvar rayon təşkilatı Bağbanlar ərazi ilk partiya təşkilatının hesabat- seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə Bağbanlar ərazi ilk partiya təşkilatının sədri Valeh Əliyev hesabat məruzəsi ilə çıxış etdi.Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi. Təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq, qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının respublika əhalisi arasında böyük nüfuzu vardır. Natiq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Zaqafqaziyada ən nüfuzlu siyasi partiyadır. Ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiyaya üzv olmaları üçün təbliğatı işi genişləndirmişdir. Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 33 faizini gənclər, 35 faizini qadınlar təşkil edir. Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı öz işini bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir.
Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Nazim Sadıqov, Sakit İbişov, Ülviyyə İbişova və başqaları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Hesabat-seçki yığıncağında Əliyev Valeh Əmmin oğlu yenidən ərazi ilk partiya təşkilatına sədr seçildi.Eyni zamanda təşkilatın sədr müavinləri və idarə heyətinin üzvləri və YAP Biləsuvar rayon təşkilatının IX konfransına 7 nəfər nümayəndə seçilmişdir.
RƏFİQƏ