PDF Oxu

Sosial

  • 1 095

YAP Qusar rayon təşkilatının IX hesabat-seçki konfransına hazırlıq tədbirləri davam etdirilir

YAP Qusar rayon təşkilatının IX hesabat-seçki konfransına hazırlıq tədbirləri davam etdirilir

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı rayon Uşaq İncəsənət Məktəbinin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclasda ərazi ilk partiya təşkilatının sədri Reyhan Bağışova hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövrü ərzində partiya sıralarının kəmiyyət və keyfiyyət baxımından, xüsusilə, gənclərin hesabına gücləndiyini bildirib: "Təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə, davam etdiriləcəkdir". Təşkilatın üzvlərinin sayının 83 nəfər olduğunu vurğulayan R.Bağışova onların məktəbin və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib.

İclasda YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, ötən əsrin 90-cı illərində ölkədə baş verən proseslərə nəzər salaraq, Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı danışıb. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın sürətli inkişafa nail olduğunu bildirib. Qeyd edib ki, YAP ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik böyük siyasi qüvvədir.

Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub. İclasda 7 nəfərdən ibarət idarə heyəti, Reyhan Bağışova yenidən sədr və Vasif Səlimov sədr müavini, YAP Qusar rayon təşkilatının IX konfransına isə 3 nəfər nümayəndə seçilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər