YAP Biləsuvar rayon təşkilatı 1 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir
Dünən Biləsuvar rayonunun Peşə Liseyində YAP Biləsuvar rayon təşkilatı 1 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat- seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə 1 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Zakir Qaraşov hesabat məruzəsi ilə çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi. İlk partiya təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq, qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının respublika əhalisi arasında böyük nüfuzu vardır. Natiq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Zaqafqaziyada ən nüfuzlu siyasi təşkilatdır. Ərazi ilk partiya təşkilatı ötən hesabat-seçki yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin bu partiyaya üzv olması üçün təbliğati işi genişləndirmişdir. Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 38 faizini gənclər, 40 faizini qadınlar təşkil edir. Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir.
Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Afaq Əhmədova, Əzizağa Quliyev və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Çıxışlardan sonra təşkilati məslələrə baxılıb. Zakir Qaraşov yenidən ərazi ilk partiya təşkilatına sədr seçildi. Eyni zamanda, təşkilatın sədri, müavinləri və idarə heyətinin üzvləri seçilmişdir. Həmçinin, yığıcağda YAP Biləsuvar rayon təşkilatının IX konfransına 5 nəfər nümayəndə seçilmişdir.
Rəfiqə