PDF Oxu

Sosial

  • 889

Bilik Fondu Pedaqoji Kolleclə Memorandum imzaladı

Bilik Fondu Pedaqoji Kolleclə Memorandum imzaladı

Bu addım gənc nəslin hərtərəfli inkişafına böyük təkan verəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollec arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bununla bağlı "SƏS"-ə daxil olan məlşumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən, regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc müəllim və mütəxəssislərin fondla birgə fəaliyyətinin qurulması vacibdir. İcraçı direktor alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını kollecin kitabxanasına hədiyyə edib.

Pedaqoji Kollecin direktoru Qulu Novruzov Bilik Fondunun fəaliyyətini izlədiyini vurğulayaraq, maarifləndirmə sahəsində həyata keçirilən layihələrə rəhbərlik etdiyi qocaman təhsil ocağının da qatılacağına əmin olduğunu deyib. Kollecin müəllim və tələbə kollektivini fondun layihələrində fəal surətdə iştirak etməyə çağıran direktor bunun gənc nəslin hərtərəfli inkişafına böyük təkan verəcək.

Rövşən

Digər xəbərlər