PDF Oxu

Sosial

  • 1 060

Yeni Azərbaycan Partiyası xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərir

Yeni Azərbaycan Partiyası xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir

Dünən Masallı şəhər 1 saylı orta məktəb ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda 1 saylı orta məktəb ərazi ilk partiya təşkilatının sədri Mirqabil Hüseynov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

M.Hüseynov qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər və qadınlar üstünlük təşkil edirlər: "Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər". Yığıncaqda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəkləyir: "Öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq naminə insan hüquq və azadlıqlarının təminatı, sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır".

S.Əliyev, həmçinin, ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edib və yeni seçilən tərkibə uğurlar arzulayıb.

Yığıncaqda ərazi ilk partiya təşkilatında idarə heyətinin yeni tərkibi, sədri və müavinləri, həmçinin, YAP Masallı rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər