YAP Səbail rayon təşkilatının XI Konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları uğurla davam edir
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında XI Konfransa hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam etdirilir. Dünən təsdiq olunmuş qrafikə əsasən, növbəti hesabat-seçki yığıncağı "Təbiblər" ərazi ilk partiya təşkilatında (15 saylı uşaq poliklinikasında) keçirilib.
Yığıncaqda "Təbiblər" ərazi ilk partiya təşkilatının sədri Almas Ələkbərova ilk təşkilatın hesabatı ilə çıxış edərək son illərdə görülmüş işlər, partiya sıralarına qəbul, üzvlük haqlarının köçürülməsi, rayonun ictimai-siyasi həyatında və ötən müddət ərzində keçirilən bütün siyasi kampaniyalarda partiya üzvlərinin fəal iştirakı haqqında ətraflı məlumat verdi. Bildirildi ki, ilk partiya təşkilatı bundan sonra da qarşıya qoyulan v
Çıxış edən YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov və digərləri "Təbiblər" ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdilər. Bu sahədə qadın və gənc partiyaçıların fəallığı, xüsusilə, vurğulandı. Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ictimai-siyasi həyatında artan nüfuzu, 2003-cü ildən etibarən yeni bir inkişaf dövrünə qədəm qoyan Azərbaycanın sistemli və kompleks inkişafı, ölkəmizdə əhalinin rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən sosial-iqtisadi proqramlar haqqında danışıblar. Hesabat məruzəsi yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab olunaraq qəbul olunub.
Yığıncaqda "Təbiblər" ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından nümayəndələr seçilib.
Rəfiqə HÜSEYNOVA