PDF Oxu

Sosial

  • 1 153

Yeni Azərbaycan Partiyası gənclərin inam yerinə çevrilib

Yeni Azərbaycan Partiyası gənclərin inam yerinə çevrilib

YAP Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Dünən belə tədbirlərdən biri də YAP Zərdab rayon təşkilatı Qoşaoba kənd ərazi ilk partiya təşkilatında keçirilib.

Gündəlikdə duran 3 məsələnin müzakirə edildiyi yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Tapdıq Feyzullayev hesabat məruzəsi ilə çıxış edib: "Ərazi ilk partiya təşkilatının gördüyü işlərdən danışaraq, ötən hesabat-seçki yığıncaqlarından bu günə kimi öz sıralarını daha da möhkəmləndirmiş və əsasən, gənclərin partiyaya üzv olması üçün təbliğat işi ön planda saxlanılmışdır.

Çıxış edən rayon təşkilatının şura üzvü Vüsalə Kərimova və partiya fəalları ərazi ilk partiya təşkilatının ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov çıxışında bildirdi ki, partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutan YAP rayon təşkilatı öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışır. S.Kərimov vurğuladı ki, Qoşaoba kənd ərazi ilk partiya təşkilatının üzvləri rayonda həyata keçirilən tədbirlərdə fəallıq göstərirlər. Partiya sıralarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır, gənclərin və qadınların partiyada təmsilçiliyinə ciddi önəm verilir.

Yığıncaqda Tapdıq Feyzullayev yenidən Qoşaoba kənd ərazi ilk partiya təşkilatının sədri, Kamran Əhmədov isə sədr müavini seçiliblər. Eyni zamanda, 5 nəfərdən ibarət idarə heyətinin üzvləri və YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

Nəzakət

Digər xəbərlər