YAP Cəlilabad rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir
Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları təsdiq olunmuş qrafikə uyğun olaraq davam edir.
Dünən növbəti yığıncaqlardan biri də Alar kənd ərazi ilk partiya təşkilatında keçirilmişdir. Yığıncağı təşkilat sədrinin müavini Əfraim Hüseynov açaraq ərazi ilk təşkilatının hesabat dövründəki fəaliyyəti barədə hesabat məruzəsilə partiya üzvləri qarşısında çıxış edib.
Yığıncaqda YAP üzvlərindən kənd 2 saylı tam orta məktəbinin direktoru, Lətif Seyfullayev, şəhid atası Salaməddin Bağışov, bələdiyyə üzvü Fəxrəddin Səlimov, kənd müəllimləri Ramiq Qarayev, İsa Abbasov, sahibkar Ələddin Səlimov, ağsaqqal Həsənxan Babayev, kənd icra nümayəndəsi, Hafiz Kərimov və başqaları çıxış edərək, hesabat məruzəsinə və təşkilatın fəaliyyətinə münasibətlərini bildiriblər.
Çıxışlarda qeyd olunub ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi, gündəlik diqqət və qayğısı sayəsində ölkə əhalisinin güzəranı ilbəil yaxşılaşır, iqtisadiyyatımız inkişaf edir, ölkənin paytaxtında və bütün regionlarında infrastruktur yenilənir və müasirləşir, yeni-müasir səhiyə və təhsil müəssisələri tikilir, yeni yaşıllıqlar və parklar salınır, idman-sağlamlıq mərkəzləri və kompleksləri əhalinin istirahəti, rahatlığı üçün istifadəyə verilir.
Çıxış edənlər qadınlarla və gənclərlə müntəzəm iş aparılıldığını, gənclərin asudə vaxtının səmərəli təşkili, onların siyasi proseslərə cəlb olunması və öyrədilməsi, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin əhali arasında geniş təbliğ olunması istiqamətində xeyli iş görüldüyünü və bu işin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
Onlar əminliklə vurğulamışlar ki, ilk partiya təşkilatımızın uçotunda duran partiya üzvlərimiz bundan sonra da partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcək və hazırda partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini, birmənalı olaraq dəstəkləyəcəklər.
Çıxışlardan sonra təşkilati məsələyə baxılmış, ərazi ilk partiya təşkilatının sədrini, müavinlərini, idarə heyətini və YAP rayon təşkilatının növbəti konfransına nümayəndələr seçmişdir.
Rəfiqə HÜSEYNOVA