PDF Oxu

Sosial

  • 1 243

Yeni Azərbaycan Partiyası mütəşəkkil şəkildə inkişaf edir

Yeni Azərbaycan Partiyası mütəşəkkil şəkildə inkişaf edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX hesabat-seçki konfransına hazırlıqla bağlı YAP Binəqədi rayon təşkilatı Binəqədi rayonu, Mir Cəlal 103a ünvanlı (157 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Gülayə Səttarova gündəlikdə duran məsələlərə, ərazi ilk partiya təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlərin hesabatına nəzər salıb: "Hal-hazırda təşkilatda 50 nəfər YAP üzvü var və sıraları hər gün daha da genişlənir. Təşkilatın üzvləri YAP Binəqədi rayon təşkilatının bütün layihələrində fəal şəkildə iştirak edib və bundan sonra da ərazi ilk partiya təşkilatının fəaliyyəti bu istiqamətdə davam edəcək".

İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri - Adil Həmidov və Akif Abdullayev hesabatı qənaətbəxş hesab edərək, təkliflərini irəli sürüblər. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Gülayə Səttarova yenidən sədr, Adil Həmidov sədr müavini və partiyanın rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yekun nitqi ilə çıxış edərək bildirib ki, yanvar ayının 10-dan etibarən ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarının keçirilməsinə start verilib və bu proses aprel ayına qədər davam edəcək.

Daha sonra R.Göyüşov YAP-ın yaranma tarixindən, həmin dövrdə mövcud tarixi şəraitdən danışıb: "YAP zaman keçdikçə daha da güclənir, qüdrətlənir və mütəşəkkil şəkildə inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır". Ölkəmizin, sabahımızın taleyi sizdən asılıdır və ölkə Prezidenti İlham Əliyevin də, qeyd etdiyi kimi, qarşınızda duran əsas məsələ milli ruhda vətəndaşlar yetişdirməkdir. Müəllim və məktəb cəmiyyətdəki bütün ailələrə nüfuz etmək qabiliyyətinə malikdir".

ZÜMRÜD

Digər xəbərlər