PDF Oxu

Sosial

  • 1 042

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı idarə heyətinin iclası keçirilib. İclas iştirakçıları öncə YAP Səbail rayon təşkilatının ilk sədri Zahid Qaralovun və dünyasını dəyişmiş digər partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatın sədri, millət vəkili Şəmsəddin Hacıyev iclasın gündəliyi barədə məlumat verib: "Gündəliyə YAP Səbail rayon təşkilatının 2017-ci il üçün iş planının müzakirəsi və təsdiq edilməsi, YAP Səbail rayon təşkilatının nəzarət-təftiş komissiyasının cari il üçün iş planının müzakirəsi və təsdiq edilməsi və cari məsələlər daxildir".

YAP Səbail rayon təşkilatı idarə heyəti birinci məsələnin müzakirəsi zamanı YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi, həmçinin, YAP-ın yaradılmasının 25 illiyi ilə əlaqədar tədbirlər planını təsdiq edib. Gündəlikdəki ikinci məsələnin təsdiqindən sonra isə cari məsələlərə baxılıb. YAP üzvlük vəsiqəsinin bərpası ilə bağlı müraciətlərə baxılaraq, müsbət qərar verilib.

Ş.Hacıyev daha sonra vurğulayıb ki, ötən il görülən işlərlə bağlı hazırlanmış hesabat idarə heyətinin növbəti iclasında təqdim ediləcək. Bundan əlavə, o, bu il ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan edilməsi ilə bağlı olaraq bir sıra konfrans və dəyirmi masaların təşkil edilməsinin nəzərdən keçirildiyini diqqətə çatdırıb.

S.Feyruzov

Digər xəbərlər