PDF Oxu

Sosial

  • 1 115

Cocuq Mərcanlı məktəbinin kitabxanasını Bilik Fondu təmin edəcək

Cocuq Mərcanlı məktəbinin kitabxanasını Bilik Fondu təmin edəcək

Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamı cəmiyyətimizdə böyük hadisəyə çevrilib. Ötən ilin aprelin 2-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya böyük qayıdış olmalıydı.

Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi Cocuq Mərcanlıda yaşayacaq dinc azərbaycanlı əhalisinə təhlükəsizlik hədiyyəsi oldu. Düşmən həm Azərbaycan Ordusunun, həm də Azərbaycan xalqının əzəmətini gördü.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan "Səs" qəzetinə verilən məlumata istinadən Bilik Fondu da böyük qayıdışa töhfə verməyə hazırdır. Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edir. Kitablar hazırda Bilik Fondunun kitabxanasındadır.

ZÜMRÜD

Digər xəbərlər