Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar növbəti hesabat-seçki yığıncağı rayonun Baharlı qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Heydər Mirzəliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra, hesabat məruzəsi ilə çıxış edərək, ötən konfransdan keçən dövr ərzində görülən işlər barədə geniş məlumat verib.
Yeni Azərbaycan Partiyası Ağdam rayon Baharlı qəsəbə ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib. Qeyd olunub ki, partiya üzvləri bundan sonra da Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcək və hazırda partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini, birmənalı olaraq dəstəkləyəcəklər. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ərazi ilk partiya təşkilatına Heydər Mirzəliyev yenidən sədr, müavinləri Muxtar Şükürov, Tural Mirzəliyev, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 2 nəfər nümayəndə seçilib.
Daha sonra növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Mingəçevir şəhəri üzrə ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib. Ərazi ilk partiya təşkilatının sədri Çimnaz Əliyeva hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti ilə bağlı geniş məlumat verib. Çıxışlarda Yeni Azərbaycan Partiyası Ağdam rayon Mingəçevir şəhər üzrə ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ərazi ilk partiya təşkilatına yenidən sədr Çimnaz Əliyeva, müavinləri Rafiq Muxtarov, Hökümən Hüseynov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 3 nəfər nümayəndə seçilib.
ZÜMRÜD