Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Xaçmaz Elektrik stansiyası ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İlk təşkilatın hesabat məruzəsi ilə təşkilat sədri Nurağa Məmmədov çıxış edib. Yığıncaqda Şalbuz Zəkiyev, Aygün Babayeva və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, inkişafı ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ərazi ilk partiya təşkilatının fəaliyyətinə müsbət qiymət veriblər.
Yığıncaqda Milli Məclisin deputatı Eldəniz Səlimov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək, qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılaraq qısa bir müddətdə xalqın partiyasına çevrilib: "Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri partiyanın Sədri Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, ölkəmizin bütün sahələrdə inkişafına nail olmaq üçün var qüvvələrilə çalışırlar. Yeni Azərbaycan Partiyası sıralarında gənclərin sayının çox olması ilə yanaşı, həm də ölkəmizin daxili və xarici siyasətində gənclərimizin uğurları hiss olunmaqdadır. Bu gün gənclərimiz ən yüksək tribunalarından ölkəmizin haqq səsini bütün dünyaya çatdırırlar. Onlar dövlət idarəçiliyində mühüm postlar tutaraq millətimizə və dövlətimizə inamla xidmət edirlər".
Sonda təşkilatı məsələyə baxılıb və Nurağa Məmmədov yenidən ilk təşkilatın sədri seçilib. Həmçinin, rayon konfransına nümayəndələr seçiliblər.
S.Feyruzov