PDF Oxu

Sosial

  • 1 155

YAP Ucar rayon təşkilatının rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Ucar rayon təşkilatının rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının rayon Təhsil şöbəsi ərazi təşkilatında hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Yeganə Süleymanova hesabat məruzəsi ilə çıxış edərək, qeyd edib ki, təhsil işçilərinin 1294 nəfəri YAP üzvləridir. Onlardan 622 nəfəri rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında birləşiblər. Şəhər 2 saylı tam orta məktəbin müəllimi Dilşad Əliyeva, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Ruqiyyə Camalova, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov çıxış edərək, görülmüş işlərdən və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva rayon təhsil işçilərinin qarşısında uran vəzifələr barədə ətraflı çıxış edib. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. 7 nəfərdən ibarət idarə heyəti seçilib və Yeganə Süleymanova yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin, 24 nəfər rayon təşkilatının VIII konfransına nümayəndə seçilib.

Samir

Digər xəbərlər