PDF Oxu

Sosial

  • 962

YAP Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları davam edir

YAP Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Dünən YAP Zərdab rayon təşkilatı Hüseynxanlı kənd ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan Hüseynxanlı kənd ərazi ilk partiya təşkilatının sədri Rzağa Quliyev ərazi ilk partiya təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlərin hesabatına nəzər salıb: "Təşkilatın üzvləri YAP Zərdab rayon təşkilatının bütün layihələrində fəal şəkildə iştirak edib və bundan sonra da ərazi ilk partiya təşkilatının fəaliyyəti bu istiqamətdə davam edəcək".

Hesabat-seçki yığıncağında çıxış edən rayon təşkilatının şura üzü Gülağa İsgəndərov və partiya fəalları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov çıxış edərək, qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəkləyir: "Öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq naminə insan hüquq və azadlıqlarının təminatı, sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır".

Yığıncaqda Rzağa Quliyev yenidən Hüseynxanlı kənd ərazi ilk partiya təşkilatının sədri, Nahid Nuriyev isə sədr müavini seçiliblər. Eyni zamanda, 5 nəfərdən ibarət idarə heyətinin üzvləri və YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər