Mən həmişə çətin işləri görmək üçün tənbəl insanları seçirəm.
Çünki o, bu işi həll etmək üçün asan yolu tapacaq!
(Bill Qeyts)
Hamı Trampdan danışır, dəlləkdən tutmuş taksi sürücüsünə, ölkənin süpürgəçisinə, futbolçusuna, qəssabına, pinəçisinə qədər. Taksiyə oturursan, sürücü heç üzünə baxmadan düz alnının ortasına dərhal sual yağdırır: "Bacı oğlu, deyirlər Tramp Putinə zəng eləyib, bilmirsən nə danışıblar?" Mən də cavab verirəm ki, hələ danışırlar, dəstəyi yerə qoyan kimi mənə zəng edib, ətraflı məlumat verəcəklər. Eləsi var ki, inanır. Elə bilir ki, jurnalistlər istəsə, Trampla nahar edə, Merkellə zarafatlaşa və Ollandla qolf oynaya bilər. Bərbərxanaya girməyə peşman olursan, zalım oğlu bərbər İsrail, ABŞ, Rusiya siyasətini necə "xırda"layırsa, adamın özünə də yazığı gəlir, həmin ölkələrin dövlət başçılarına da. Əsas odur ki, bu bərbər öz "şərh"lərinə inanır, "doğru" danışdığını düşünür. Burda pis nə var ki, qoy danışsın.
Hələ ərəblər Tramdan hədiyyə də gözləyirlər, ərəblərdən birinin sosial şəbəkələrdə yayımladığı videoda deyilir ki, onlar Aşura günü ABŞ prezidentindən möhtəşəm hədiyyə alacaqlarına inanırlar. Söhbət hansı hədiyyədən gedir, bilmirəm. Ancaq öyrəndiyim bir şey oldu ki, dünyada yeganə ölkə Səudiyyə Ərəbistandır ki, orada böyük bir kəsim ildə iki dəfə "yeni il" bayramı keçirir. Bəli, orada İmam Hüseynin (Ə) qətlə yetirildiyi günü- Aşuranı və 31 dekabrı "yeni il" bayramı kimi təmtəraqla qeyd edib hədiyyələr paylayırlar. Bizim Şaxta babamız, onların da Şümürü uşaqlara hədiyyə paylayır. Cəhalətə, əxlaqsızlığa, abırsızlığa, gerizəkalığa, axmaqlığa bax ki, Peyğəmbərin övladının qətl gününü bayram kimi qeyd edirlər. Bəs Suriyada, İraqda uşaqlara nəinki hədiyyə vermək, onlara quru çörək verən tapılacaqmı? Dədələrinin goru boyda inəyi qızardıb, it leşinə daraşan kimi, ətin üstünə hücum çəkən ərəblər başqa nə istəyir!? Dünyanın ən təsirli, ən ağır məktubları da Suriyada yazılır, özü də birbaşa Allaha ünvanlanır. Ana öz övladını əlləri ilə qətlə yetirir ki, "İŞİD"in əlinə düşməsin. Yeddi qardaş məsləhətləşib içərilərindən kim tez ölsə, onun ətini bişirib yeyəcəklərini qərarlaşdırırlar. Qardaşlar bir-birinin ölümünü gözləyirlər. Nə qədər inandırıcı olmasa da, bu, belədir. Qardaşlar, ona görə ətrafınıza baxın, rahatlığınızın qədrini bilin. 9 yaşlı qız uşağı zorlanmamaq üçün özünü yandırır. "Gözün aydın olsun", Qərb! Ata-anası, bütün ailəsi öldürülmüş, evləri yandırılmış, saçları kəsilmiş, üz-gözündən qan axan 11 yaşlı qız uşağının günahkarların üzünə tüpürərək hayqırır: "Allaha deyəcəm". Qısası, dünya yeni ilə köhnə problemlərlə gedir. Bir az gülümsəyək!
Bu de, Martin Şults da Almaniyada kansler olmağa namizəddir. Məşhur "Uzaq sahillərdə" filmini xatırlayın, oradakı Şultsu da gözünüzün önünə gətirin, oxşarlıqları müqayisə edin, hər ikisinin alman "cəhət"lərini xarakterizə edin. Onun sonuncu hesabatını oxudum, Hitlerin 1926-cı ildəki "Pivə qiyamı" zamanı səsləndirdiyi fikirləri xatırladırdı. Kim nə deyir desin, bunların canında militarizm, eqoizm çox güclüdür. Öz dedikləri yalan olsa da, bütün doğruları asıb-kəsməyə hazırdılar. Söhbətin hansı Şultsdan getdiyini, yəqin ki, bildiniz. Elə buna görə də, bizim allı-bəzəkli müxalifətimiz şeş atıb-beş vurur ki, Şults əmi gəlir. Yazıqlar buna da inanırlar, indi də almandan ümid umurlar. Yəni dəyişən heç nə olmayacaq, iki gün öncə parkda yanından ötərkən Nurəddin Məmmədlinin üzündəki dərin çatları gördüm və onların nə üçün Şultsu arzuladıqları mənim üçün bir daha aydınlaşdı.
Samir