Dünən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının 3 saylı məktəbin ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə YAP Şamaxı rayon 3 saylı məktəbdə ilk partiya təşkilatının sədri Zərifə Həmrəlyeva hesabat məruzəsi ilə çıxış edərək, ötən konfransdan bu günədək görülən işlərdən danışıb. O, qeyd edib ki, illik tədbirlər planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib. Həmçinin, bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər.
Rayon təşkilatının üzvü Namizəd Əzizov yığıncaqda çıxış edərək, qeyd edib ki, YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
Hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonda 3 saylı məktəbdə ərazi ilk təşkilatından 2 nəfər partiya fəalı YAP Şamaxı rayon təşkilatının VIII konfransına nümayəndə seçilib.
R.Kamalqızı