PDF Oxu

Sosial

  • 866

Tütünlə mübarizə gücləndirilir

Tütünlə mübarizə gücləndirilir

Dünən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə İSİM-in direktor müavini Rahib Məmmədov, mərkəzin əməkdaşları - əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov və layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və başqaları çıxış edərək, "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi" layihəsinin məqsəd və vəzifələri haqqında məlumat veriblər.

Tədbirdə müxtəlif qurumların tütünlə mübarizədə birgə səylərinin vacibliyi, gənc könüllülərin tütünlə mübarizə sahəsində verdiyi töhfə diqqətə çatdırılıb, tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində hökumət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan KİV-lərə bu mübarizədə xüsusi yer ayrıldığı qeyd olunub.

O da bildirilib ki, Azərbaycanda əhalinin xəstələnməsi faktlarının 80 faizdən çoxu qeyri-infeksion xəstəliklərlə bağlıdır. Problemin aktuallığı nəzərə alınaraq Azərbaycan Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" təsdiq edilib. Dövlət başçısının Sərəncamını icra etmək üçün mərkəz müntəzəm olaraq ictimaiyyət üçün informasiya-maarifləndirmə tədbirləri keçirir, gənclər arasında səhiyyə məsələlərinə dair forumlar təşkil edir.

Brifinqdə iştirak edən jurnalistlərə mərkəzin Azərbaycanda siqaret çəkməyə qarşı mübarizə istiqamətində, habelə ictimai səhiyyənin aktual problemi sayılan siqaret çəkməyin ziyanı haqqında əhalinin məlumatlandırılmasına dair müntəzəm həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

NƏZAKƏT

Digər xəbərlər