YAP Xızı rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı YAP Xızı rayonu Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağında rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatının sədri Bəhdaş Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövründə görülən işlərdən danışıb.
Məruzə ətrafında çıxış edən partiya üzvləri Eldəniz Cabbarov, Məhbubə Abdullayeva, Şahin Məmmədov və digərləri keçən müddət ərzində görülən işlərdən danışaraq, hesabat məruzəsinin qənaətbəxş hesab ediblər. Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub.
Bəhdaş Nəbiyev yenidən rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatının sədri, Abdullayeva Məhbubə Aslan qızı isə ilk partiya təşkilatının sədr muavini seçilib.
YAP Xızı rayon təşkilatının VIII konfransına 5 nəfər nümayəndə seçilib.
R.HÜSEYNOVA