Dünən YAP Qobustan rayon təşkilatı Telekomunikasiya Qovşağı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Gözəl Rüstəmova hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan ötən müddət ərzində görülən işlər barədə məlumat verib.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev təşkilatın partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutaraq, öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışdığını qeyd edib.
Hesabat-seçki yığıncağında çıxış edən YAP üzvlərindən B.Aslanov, A.Həsənov, R.Quliyev və digərləri çıxış edərək, ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məsəsələlərə baxılıb. Gözəl Rüstəmova yekdilliklə Telekomunikasiya Qovşağı ərazi ilk partiya təşkilatının sədri, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 3 nəfər nümayəndə seçilib.
R.HÜSEYNOVA