Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Növbəti tədbir YAP Zərdab rayon təşkilatı Gəlmə və Əlibəyli kənd ərazi ilk partiya təşkilatlarında keçirilib. Gündəlikdə duran məsələlər barədə çıxış edən ərazi ilk partiya təşkilatlarının sədrləri bildiriblər ki, ərazi ilk partiya təşkilatları öz işlərini partiyanın Nizamnamə və Proqramına uyğun şəkildə quraraq, verilmiş bütün tapşırıqlar və keçirilməsi nəzərdə tutulan tədbirləri uğurla icra edilib.
Hesabat-seçki yığıncağında çıxış edən rayon təşkilatının şura üzvü Gülağa İsgəndərov və partiya fəalları ərazi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Cəfər Manafov yenidən Gəlmə kənd ərazi ilk partiya təşkilatının sədri, Gündüz Səfərəliyev sədr müavini, Elşən Səfərəliyev Əlibəyli kənd ərazi ilk partiya təşkilatının sədri, yeni idarə heyətinin üzvləri və YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov çıxış edərək, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bizlərə əmanət qoyub getdiyi Yeni Azərbaycan Partiyası, artıq 25-ci ildir ki, Azərbaycanda siyasi müstəvidə xalqın sevimli və inandığı təşkilat kimi müasir Azərbaycanda dövlət quruculuğu, siyasi- iqtisadi islahatların həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması istiqamətində həyata keçirilən işlərdə öz sıralarında birləşdirdiyi çoxminli partiya üzvlərinin fəal iştirakı ilə öz sözünü əməli işlərlə sübuta yetirmişdir.
R.NURƏDDİNOĞLU