PDF Oxu

Sosial

  • 1 482

Qusarda 2 Fevral Gənclər Günü qeyd olunub

Qusarda 2 Fevral Gənclər Günü qeyd olunub

Dünən YAP Qusar rayon təşkilatının gənclər birliyinin və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qusar rayon Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Abdurahmanova çıxış edib tədbir iştirakçılarını təbrik edərək, bu əlamətdar günün nailiyyətlərindən və təsis olunması tarixdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və gənclərə göstərilən diqqət və qayğının əvəzsiz olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən YAP Qusar rayon gənclər birliyinin üzvü Nərgiz Ağaverdiyeva, Heydər Əliyev Mərkəzinin fond mühafizi Nahid Hacıyev gənclərə dövlət tərəfindən göstərilən qayğıdan söz açaraq, Qusar gənclərinin həmişə İlham Əliyev ətrafında sıx birləşərək, Onun apardığı daxili və xarici siyasətini daim dəstəkləyəcəyini qeyd ediblər.

Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Daha sonra tədbir rayon incəsənət məktəbinin gənc istedadlarının iştirakı ilə bədii proqramla başa çatıb.

NƏZAKƏT

Digər xəbərlər