PDF Oxu

Sosial

  • 1 140

YAP Suraxanı rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Suraxanı rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Suraxanı rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilib.

Yığıncağı Əmircan qəsəbə ərazi ilk partiya təşkilatının sədri Samir Namazov açaraq, yığıncağın gündəliyinə nəzər saldıqdan sonra, ötən ildə görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Ərazi ilk partiya təşkilatının sədri partiya üzvlərinin məktəb, gənclər evində, qəsəbə mədəniyyət evində keçirdikləri görüşlərdən ətraflı danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində, müstəqil dövlətimiz inkişaf edərək, regionun lider dövlətinə və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib.

Yığıncaqda çıxış edən partiya üzvləri Hacıbala Eyvazov, Ülkər Babayeva qeyd ediblər ki, qəsəbənin, rayonun sosial, iqtisadi və ictimai həyatında fəal iştirak etməklə bərabər, partiya üzvlərimizin bir vəzifəsi də milli ideologiyamızın, maarifçiliyin, müstəqillik ideyalarımızın fəal daşıyıcısı və fəal təbliğatçısı olmaqdır. Hesabat-seçki yığıncağı ilk partiya təşkilatının ötən ildəki fəaliyyəti qənaətəbəxş qiymətləndirilib. Partiya üzvlərinin açıq səsverməsi ilə Samir Namazov yenidən ərazi ilk partiya təşkilatının sədri, eyni zamanda, Əmircan İnzibati ərazi dairəsi üzrə ilk partiya təşkilatından YAP Suraxanı rayon təşkilatının IX konfransına nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər