PDF Oxu

Sosial

  • 929

Həmsədrdən erməni jurnalistlərə tərs sillə!

Həmsədrdən erməni jurnalistlərə tərs sillə!

Yerevanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanda erməni jurnalistlər təxribat xarakterli sual ünvanlayıblar. Belə ki, erməni jurnalistlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini demokratik institutları və seçki mexanizmi olan "müstəqil dövlət" kimi təqdim ediblər. Hoqland isə cavabında bildirib: "Birləşmiş Ştatlar Dağlıq Qarabağı tanımır. Onu, Ermənistan da daxil olmaqla, heç bir ölkə de-fakto tanımır".

Amerikalı həmsədr qeyd edib ki, ATƏT-in Minsk Qrupu atəşkəs rejiminə əməl etmə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsi də daxil olmaqla, bir sıra vacib məsələlərin müzakirəsi məqsədilə tezliklə prezidentlər və xarici işlər nazirləri arasında görüşün təşkil olunması üzrə işləri davam etdirir.

Samir

Digər xəbərlər