PDF Oxu

Sosial

  • 1 179

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən ermənilərə şok zərbə!

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən ermənilərə şok zərbə!

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ictimaiyyətə açılan sənədlərdə terror təşkilatı "PKK" və erməni terror təşkilatı "ASALA"-nın 1980-ci illərdən ittifaq içində olduğu, birlikdə hücumlar həyata keçirdikləri və "PKK"-nın tərkibində ermənilərin də olduğu haqda məlumatlar yer alıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfiliyi qaldırılaraq dünya ictimaiyyətinin tanış olmasına icazə verilən sənədlərdə "PKK" və "ASALA"-nın adları birlikdə çəkilir. İki terror təşkilatı arasındakı əlaqənin 1980-ci illərdən etibarən MKİ-nin kəşfiyyat sənədlərində və terrorizm haqqındakı hesabatlarına əks olunduğu üzə çıxıb.

Bu sənədlər arasında diqqət çəkənlərdən biri 1984-cü ilin yanvar ayında hazırlanmış "Erməni Gizli Ordusu" adlı hesabatdır. Hesabatda, "ASALA" haqqında MKİ-nin verdiyi ətraflı məlumatlar və terror təşkilatının quruluşu ilə bağlı təhlillər aparılıb. Hesabatın "Təşkilatın Dəyişən Taktikaları və Təşkilatçılığı" başlıqlı hissəsində "PKK" və "ASALA"-nın arasındakı əlaqə haqqında məlumat verilib. Bu hissədə "ASALA"-nın "PKK" ilə ittifaq qurduğu və 1980-ci ilin noyabrında "PKK" ilə birlikdə Fransanın Strasburq şəhəri şəhərindəki Türkiyə konsulluğuna hücum təşkil etdiyini bildirilir. 26 avqust 1985-ci il tarixli sənəddə isə "PKK" ilə erməni milatanların əlaqəsi haqqında söhbət açılır. "1984-ci ilin yayında "PKK" öz adamlarından, digər kürd və solçu qruplardan və bəzi erməni militanlardan ibarət olan "HRK" adlı bir təşkilat qurub" deyə hesabatda bildirilir. Həmin sənəddə "PKK"-nın quruculuq və terror aktları həyata keçirmə məsələsində erməni terror təşkilatlarını özünə model olaraq seçdiyi qeyd olunur.

Samir

Digər xəbərlər