Azər Badamov: "Azərbaycanın gələcək inkişafı üçün hədəflər müəyyənləşdirilir"
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sədrliyi ilə Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Prezident İlham Əliyev geniş çıxış edərək, görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır. İqtisadçılar, siyasi ekspertlər, ümumilikdə, geniş ictimaiyyət konfransın əhəmiyyətini yüksək qiymətləndirirlər. Millət vəkili Azər Badamov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Azərbaycan Respublikası regionların 2014-2015-ci illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans regionların inkişafında əhəmiyyəti böyükdür: "Konfrans Dövlət Proqramının icrasının vəziyyəti haqqında bir hesabatdır. Burda həm ötən illər ərzində görülən işlər, iqtisadi uğurlar və çatışmazlıqlar müzakirə olunur, həm də qarşıdan gələn müddət üçün konkret vəzifələr müəyyənləşdirilir və icrasına tapşırıqlar verilir. İqtisadiyyatının üstünlüyü ondadır ki, Azərbaycanın gələcək inkişafı üçün hədəflər müəyyənləşdirilir və 3-5 ildən sonra hansı istiqamətlərin inkişafı vacibdirsə, qabaqcadan bilirik. Məhz bunun göstəricisidir ki, regionların sosial-iqtisadi inkişafı proqramların icrası nəticəsində, 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı, 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası, 11 min kilometr avtomobil yolu, ölkənin qazlaşdırılması 51%-dən 92%-ə yüksəlməsi, 26 yeni elektrik stansiyası, yeni içməli su-kanalizasiya- suvarma melotriv sistemləri layihələrinin icrası, ölkənin sənaye potensialının artması, sahibkarlıq mühitinin inkişafına dövlət dəstəyi və sairə icra olunmuşdur".
GÜLYANƏ