PDF Oxu

Sosial

  • 1 198

Müdafiə Nazirliyi: "Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə bir müddət əvvəl silahı qüvvələrdən təxris olunub"

Müdafiə Nazirliyi: "Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə bir müddət əvvəl silahı qüvvələrdən təxris olunub"

Fevralın 1-də cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin guya təxribat törətməsi və itki verməsi ilə bağlı erməni mətbuatında məlumatlar yer almaqdadır. Eləcə də, Azərbaycanın dağıdıcı, bəzi xarici təxribatçı dairələrin "əl"inə işləşən müxalifəti də bu dezinformasiyanı öz nəzarətlərində olan mətbu orqanlarda və sosial şəbəkələrdəki şəxsi profillərində, müxtəlif səhifələrdə yazaraq dövlətimiz haqqında növbəti qarayaxma kampaniyasına start veriblər. Bu, təsadüfi deyil. Çünki bir neçə gün bundan öncə də həm erməni mətbuatı, həm də ermənilərin mənafeyinə xidmət edən "Azadlıq.info" saytı heç bir əsas olmadan Azərbaycan əsgərinin şəhid olması haqqında yalan məlumat dərc etmişdi. Guya fevralın 1-də baş verən atışmalar nəticəsində, Azərbaycan ordusunun əsgəri Elnur Hüseynzadə əsir düşüb.

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. "SƏS" qəzetinin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə, mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən, bir müddət əvvəl, silahlı qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi erməni təxribatları ilə bağlı yaydığı açıqlamada onu da bildirir ki, böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər: "Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür".

Samir

Digər xəbərlər