PDF Oxu

Sosial

  • 1 195

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam edir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam edir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X Konfransına hazırlıqla əlaqədar növbəti hesabat-seçki yığıncağı rayon Səfərli kənd ərazi ilk partiya təşkilatında keçirilib.

Ərazi ilk partiya təşkilatının sədri Həsrət Səfərov gündəlikdə duran məsələlərə nəzər yetirdikdən sonra, hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Səfərli kənd ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ərazi ilk partiya təşkilatına Həsrət Səfərov yenidən sədr, Bəylər Əkbərov, Rəfail Səfərov sədrin müavinləri, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 3 nəfər nümayəndə seçilib.

Daha sonra növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Təzəkənd kənd ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib.

Ərazi ilk partiya təşkilatının sədri Soltan Abbasov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Təzəkənd kənd ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilmiş, sonra ilk partiya təşkilatına Soltan Abbasov yenidən sədr, müavin Mahir Əhmədov və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər