PDF Oxu

Sosial

  • 1 110

Naxçıvan Günəş Elektrik Stansiyasının gücü artırılacaq

Naxçıvan Günəş Elektrik Stansiyasının gücü artırılacaq

Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı həyata keçirilən mühüm layihələrdən biri olan Naxçıvan Günəş Elektrik Stansiyasının gücü bu il 2 meqavat artırılacaq.Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən AZƏRTAC-a bildirilib ki, İsveçrənin Ped Şirkəti ilə muxtar respublikanın Dövlət Energetika Agentliyi arasında imzalanan müqaviləyə əsasən, Günəş Elektrik Stansiyasında 7 min 700 ədəd günəş paneli quraşdırılacaq və şəbəkəyə qoşulacaq. Bu işlər həyata keçirildikdən sonra stansiyasının istehsal gücü 30 milyon kilovat-saatdan 33 milyon kilovat-saata qədər artacaq. Layihə alternativ enerji mənbəyi kimi, Naxçıvanın enerji təminatının tamamilə təbii ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.Ötən il Naxçıvan Günəş Elektrik Stansiyasında elektrik enerjisi istehsalatı 29 milyon 922 min kilovat-saat olub. Bu il yanvar ayında isə burada istehsalat 500 min kilovat-saatı ötüb.Qeyd edək ki, muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının səmərəli fəaliyyətinə imkan verir.

AZƏRTAC

Digər xəbərlər